Siyasət

Azərbaycan UNESCO-nun Proqramının Şura üzvlərinə təşəkkürünü bildirib – FOTO

Sharing is caring!


Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) İnsan və Biosfer Proqramının (İBP) Beynəlxalq Əlaqələndirmə Şurasının üzv dövlətlərinə müraciət edərək Bakının namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Bu barədə Azərbaycanın sözügedən qurumdakı Daimi Nümayəndəliyi “X” sosial şəbəkədə paylaşım edib.

“Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına namizədliyinə göstərdikləri dəyərli dəstəyə görə üzv dövlətlərə dərin minnətdarlığını bildirmək şərəfinə layiqdir. Çox sağ olun!”, – Azərbaycanın Təşkilatdakı missiyasının müraciətində qeyd olunub.

Xatırladaq ki, Azərbaycan UNESCO-nun İBP-nin Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir