Siyasət

Paşinyan: “Azərbaycanla sülh sazişinin əsas prinsipləri razılaşdırılıb”

Sharing is caring!


“Azərbaycanla sülh sazişinin əsas prinsipləri razılaşdırılıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

N.Paşinyan vurğulayıb ki, qarşıdakı aylarda Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan hökumətinin siyasi iradəsi mövcuddur.

“Brüsseldə aparılan danışıqlarda Azərbaycanla faktiki olaraq üç əsas sülh prinsipi razılaşdırılıb”, – Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu prinsiplərə Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata Bəyannaməsi və SSRİ Baş Qərargahının 1974-90-cı illər xəritələri əsasında sərhədlərin delimitasiyasının həyata keçirilməsinə aiddir.

“Bundan əlavə, razılaşdırılıb ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Üçüncüsü, regional kommunikasiyaların blokdan çıxarılması ölkələrin suverenliyi əsasında həyata keçirilməlidir”, – Paşinyan qeyd edib.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir