Siyasət

ABŞ Dövlət Departamenti rəsmisi: “Rusiya sülhməramlılarına əvəz tapmalıdır”

Sharing is caring!


ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycanın Qarabağ İqtisadi Zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarına əvəz tapmalıdır.

Bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.

“Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər Ermənistan və Azərbaycan üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar artıq  sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirməkdə uğusuz olublar”, – diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən bildirib.

“Rusiya sülhməramlılarının 5 illik müddət bitdikdən sonra – il yarımdan sonra ölkəni tərk etmələri lazımdır”, – o əlavə edib.

Dövlət katibinin köməkçisinin sözlərinə görə, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır.

“Ən yaxşı yanaşma hər iki ölkəyə bizimlə və Qərblə işləmək kimi alternativ verməkdir”, – o deyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir