Siyasət

Tahir Kərimli: “Gənclərin çoxu qaçıb, qalanlar da nənələrinin pensiyasına göz dikib” – VİDEO

Sharing is caring!


“Vətəndaşlarla keçirilən görüşlərdən tez qaçırıq. Onların problemlərindən qaçır, özümüzü qoruyuruq”.

Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

O bildirib ki, deputatlar özlərini qoruyurlar:

“Biz özümüzü qoruyuruq, bəs xalqımız? Xalq üçün nə edirik? 10-15% imkanlı təbəqə var, birdə kasıb təbəqə. Gənclərin çoxu qaçıb, qalanlar da nənələrinin pensiyasına göz dikib. Bu kimi problemlərin həll olunması üçün çalışmalıyıq”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Tahir Kərimli deputatların, məmurların xalqdan qaçdıqlarını, uzaqlaşdıqlarını bildirib. 

Ətraflı APA TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir