Siyasət

SOCAR Venesuela şirkətləri ilə karbohidrogen ehtiyatlarının işlənilməsini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Venesuela Bolivar Respublikası arasında enerji sektorunda qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

SOCAR-ın verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəflə Venesuelanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında baş tutan görüşdə müzakirə aparılıb.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri barədə məlumat verilib, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəflərindən bəhs edilib.

Görüş çərçivəsində SOCAR ilə Venesuela şirkətləri arasında neft-qaz sektorunda əməkdaşlıq, karbohidrogen ehtiyatların işlənməsi, habelə dekarbonizasiya və kadrların hazırlanması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir