Siyasət

Levan Mamaladze: “ABŞ, Avropa və bir çox ölkələr Qafqazda konfliktin olmasında maraqlıdırlar”

Sharing is caring!


“ABŞ, Avropa və bir çox ölkələr Qafqazda konfliktin olmasında maraqlıdırlar. Qərb Qafqazda hansısa yeni münaqişənin yaranması üçün maksimum dərəcədə çalışır. Ölkələrimiz isə bu cür təxribatlara getməməlidir. Düşünürəm ki, hansısa 20 ədəd təkərli zirehli avtomobilə görə münasibətlərimiz korlanmayacaq. Çünki, regionda sülh üçün münasibətlər daim yaxşı olmalıdır”.

Bu sözləri “Report”a Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan üçün çox vacib tərəfdaş və dost ölkədir: “Gürcüstan tərəfi inanmıram ki, Heydər Əliyev və Eduard Şevarnadzenin vaxtı ilə təməlini qoyduğu və indiki zamanda daha da möhkəm olan dostluq əlaqələrinin pozulmasına imkan versin.

Fransa tərəfi hələ yay aylarından “Fransa Bastion” markalı 20 ədəd çoxməqsədli zirehli texnikanı Poti dəniz limanında heç bir yerə tərpətmədən gözlədirdi. Çünki, Gürcüstan tərəfi uzun müddət idi ki, bu məsələyə qoşulmaq istəmirdi. Gürcüstan Ermənistan ərazisinə hansısa texnikanın göndərilməsi üçün dirənirdi” – deyə politoloq qeyd edib.

L.Mamaladze deyib ki , Ermənistana göndərilən texnika isə döyüşdə qarşı tərəfə ciddi ziyan vura biləcək texnika deyil:

“Ermənistan isə bu texnikaları İran, Hindistan və Fransa kimi ölkələrdən almaqla Rusiyadan necə uzaqlaşdığını nümayiş etdirir. Çünki, rəsmi İrəvanla Moskva arasında münasibətlər korlanıb. Qərbin bu ərazidə hərəkətliliyi indiki zamanda daha da artıb. ABŞ, Avropa və bir çox ölkələr Qafqazda konfliktin olmasında maraqlıdırlar. Amma anlamalıdılar ki, Qarabağ münaqişəsi artıq bitib. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə nöqtəni qoyub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir