Siyasət

BƏM-in Azərbaycanla bağlı qərarının elan ediləcəyi tarix açıqlandı

Sharing is caring!


Noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı” işdə Ermənistanın sentyabrın 28-də təqdim etdiyi müvəqqəti tədbirlərin görülməsi tələbi ilə bağlı qərarını təqdim edəcək.

APA xəbər verir ki, Haaqa Sülh Sarayında Məhkəmənin sədri hakim Yohan Donoq (Joan E. Donoghue) məhkəmənin qərarını elan edəcək.

Xatırladaq ki, Ermənistan 2021-ci il sentyabrın 16-da İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın iddia edilən pozuntuları ilə bağlı Azərbaycana qarşı icraat başlanmasına dair ərizə verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir