Siyasət

Milli Məclisin deputatları Asiya Parlament Assambleyasının iclasında iştirak ediblər – FOTO

Sharing is caring!


Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və deputat Əminə Ağazadə İraqda səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları Asiya Parlament Assambleyasının (APA) Siyasi Məsələlər üzrə Daimi Komitəsinin Bağdadda noyabrın 9-10-da keçirilən iclasında iştirak ediblər. İclasda beynəlxalq siyasət və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə ölkəmizin Asiya regionunda həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasının inkişafına töhfə vermək məqsədilə 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən təqdim etdiyini xatırladıb. O, APA üzvləri tərəfindən ölkəmizə dəstəyin verilməsinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda, deputat Əminə Ağazadə İsrail-Fələstin münaqişəsi zonasında baş verən son hadisələrdən dərin narahatlığını bildirərək, təcili olaraq gərginliyin azaldılması və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir