Dünya

Nyu-Yorkun mərkəzində 500 cütlük evləndi

Sharing is caring!

Nyu-Yorkun mərkəzində 500 cütlük üçün kütləvi toy keçirilib.

Burada koronavirus pandemiyası ilə toy planları pozulmuş insanlar münasibətlərini rəsmiləşdiriblər.

“Celebrating Love: (Re) Marriage” adlı tədbir Linkoln Mərkəzində keçirilib.

Mərkəzin saytında bu gün “toyları ləğv edilənlər, həm tərəfdaşına, həm də şəhərə sevgilərini təsdiqləmək istəyən insanlar üçün xüsusi bir gün” adlandırılıb.

Nyu-York meri Erik Adams cütlüklərə müraciət edib. Bayram şənliyi çərçivəsində müxtəlif dinlərin nümayəndələri üçün mərasim keçirilib. Daha sonra canlı musiqi sədaları altında rəqslər başlayıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir