Siyasət

XİN: “Üçrəngli bayrağımız bu gün şanlı Qələbəmizin simvoluna çevrilib” – FOTO

Sharing is caring!


“Xalqımızın, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində bu gün şanlı Qələbəmizin simvoluna çevrilib”.

Bu barədə 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında qeyd edilib.

“Yaşasın Azərbaycan!”, – paylaşımda bildirilib.

Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan dövləti və xalqını təbrik edib.

“9 noyabr tarixində, şanlı və müzəffər dövlətimizin rəmzi olan üçrəngli Dövlət Bayrağımızın qəbul edilməsindən 105 il ötür. Şanlı zəfərimizin nişanəsi olan üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!” – o bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir