Siyasət

Komitə sədri: “Azərbaycan nümunəsini dünyaya yayırıq”

Sharing is caring!


“Biz tolerantlıqla əlaqədar Azərbaycan nümunəsini dünyaya yayırıq və bu iş davam etdirilməlidir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” mövzusunda keçirilən konfransda deyib.

Komitə sədri bildirib ki, dünyada toqquşmalar, qarşıdurmalar artdıqca, tolerantlıq və multikultural dəyərlərin gələcək nəsillərə təşviq olunması zəruridir.

“Azərbaycanda yaşayan müxtəlif dini icmaların, konfessiyaların nümayəndələrinin övladlarını bir araya gətirib onlarla bağlı filmlər hazırlanmasına ehtiyac var. Azərbaycan tolerantlıq və multikultural dəyərlərdə ən üstün mövqedədir”, – deyə o əlavə edib.

Mübariz Qurbanlı əminliyini bildirib ki, Azərbaycanda tolerantlıq ənənəsini gələcək nəsillər də davam etdirəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir