Siyasət

Bakı Təşəbbüs Qrupu kolonializmin dayandırılmasını tələb edib – VİDEO

Sharing is caring!


Bakı Təşəbbüs Qrupu (BTQ) kolonializmin dayandırılmasını tələb edib.

Qurum bununla bağlı fləş-mob hazırlayıb və “X” hesabında paylaşıb.

Fləş-mobda kolonializmin dayandırılması ilə bağlı müxtəlif rəsmi şəxslərin fikirləri səslənib.

Qeyd edək ki, oktyabrın 20-21-də Azərbaycan paytaxtında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və ədalətsizlik: iki dünyəvi təhlükəli tendensiya” mövzusunda tədbir keçirilib.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir