Siyasət

Ekspert: “Bakı ilə İslamabad arasında hərbi əməkdaşlığın möhkəmlənməsi regional sabitliyin vacib elementidir”

Sharing is caring!


“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi Ermənistanla Hindistan arasında artan ikitərəfli hərbi əlaqələr fonunda Cənubi Qafqazda sülhün, sabitliyin və rifahın təmin edilməsində vacib elementdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin Azərbaycana səfərini şərh edərkən deyib.

“Ölkələr arasında əməkdaşlıq infrastrukturun inkişafı, Azərbaycanın Qarabağ bölgəsində minalardan təmizləmə prosesinin aparılması üçün vacibdir. Azərbaycan, Pakistan və Türkiyə arasında hərbi sahədə ikitərəfli və üçtərəfli strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir”, – o bildirib.

Ekspert qeyd edib ki, Pakistan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin sentyabr ayında həyata keçirdiyi lokal antiterror tədbirlərini dəstəkləyib:

“Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi İslamabad Qarabağ regionunu Azərbaycanın suveren ərazisi hesab edir. Ölkənizin regionun demilitarizasiyası üzrə səyləri qanuni hüquqları çərçivəsindədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir