Siyasət

Baş prokurorun müavini: “Ermənistan rəhbərliyi azərbaycanlılara nifrət bəsləməkdən imtina etməlidir”

Sharing is caring!


“Ermənistan rəhbərliyi azərbaycanlılara nifrət bəsləməkdən imtina etməli və reallıqları öz ictimaiyyətinə çatdırmalıdır”.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın təqdimatında deyib.

O xatırladıb ki, qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb:

“I Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqı aparılmaqdadır. Eyni zamanda, 44 günlük müharibə və postmüharibə zamanı qeydə alınan cinayət faktları üzrə də istintaq aparılır. Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülməsi və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması kimi cinayət faktlarının istintaqı hazırda davam etdirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir