Siyasət

Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti ölkəmizə səfər edib – FOTO

Sharing is caring!


Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, səfərin məqsədi Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsidir.

Səfər çərçivəsində qonaqlar elm və təhsil naziri Emin Əmrullayevlə birgə Quba rayonunun İqrıq kəndində yerləşən türk əsgərinin məzarını, Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan – Türkiyə Dostluq Parkını ziyarət ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir