Siyasət

Türkiyə parlamentinin sədri: “Azərbaycanın antiterror tədbirləri sülh üçün əhəmiyyətlidir”

Sharing is caring!


“Azərbaycanın sentyabr ayında keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda gərginliyin aradan qalxması, sülhün təmin olunması baxımından əhəmiyyətlidir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 26-da Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” şüarına əsaslanan əlaqələr son illər daha da inkişaf edib:

“İki dövlətin bütün sahələrdə koordinasiyalı hərəkət etməsi hər birimizin xeyrinədir”.

N.Kurtulmuşun sözlərinə görə, iki dost və qardaş ölkə milli məsələlərdə yaxınlaşmalı, regional problemlərdə ortaq həllər təklif etməlidir:

“Bunun başında Cənubi Qafqazda sabitliyin təmin olunması dayanır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir