Dünya

“Fukusima-1” AES-dən suyun üçüncü partiyasının okeana buraxılması noyabrın 2-də başlaya bilər

Sharing is caring!


Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) şirkəti zədələnmiş “Fukusima-1” Atom Elektrostansiyasından (AES) təmizlənmiş suyun üçüncü partiyasını noyabrın 2-dən okeana buraxmağa başlaya bilər.

Bu mərhələdə 7,8 min ton mayenin axıdılması gözlənilir ki, bu da axıdılmanın birinci və ikinci mərhələlərinin həcminə uyğundur. Suyun növbəti partiyasının axıdılması təxminən 17 gün çəkə bilər.

Atılan su ALPS sistemindən istifadə etməklə təmizlənir, həmçinin dəniz suyu ilə qarışdırılır, lakin hələ də tərkibində tritium qalır ki, onun da sudan çıxarılması mümkün deyil. Onun tərkibindəki tritiumun icazə verilən maksimum konsentrasiyası bir litr üçün 1500 bekkereldir. Bununla belə aşkar edilmiş konsentrasiya litrdə 700 bekkereldən çox olarsa, suyun axıdılması prosesi dayandırılmalıdır. Cari maliyyə ilinin sonuna (2024-cü il martın 31-də bitir) okeana təxminən 31,2 min ton suyun axıdılması planlaşdırılır. TEPCO şirkəti hazırda heç bir anomaliya və ya göstərilən parametrlərdən kənarlaşmanın qeydə alınmadığına diqqət yetirib.

Mənbə: “Kyodo” agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir