Siyasət

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

Sharing is caring!


“Müharibə zamanı olduğu kimi, indi də kiberhücum halları dayanmır. Biz bununla bağlı mütəmadi statistikalar paylaşırıq”.

Oxu.Az xəbər verir ki, bunu “Critical Infrastructure Defence Challenge 2023” tədbirində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

O bildirib ki, kiberhücumların konkret olaraq hansı ölkələrdən edildiyini müəyyənləşdirmək çətin olur:

“Çünki mənbə anonimləşdirilir və saxtalaşdırılır. Lakin bu hücumların formatına, istiqamətinə diqqət etsək, görərik ki, onların çoxu qonşu ölkələrdən təşkil olunur. Bu hücumlara qarşı xidmətimiz 24/7 monitorinqlər aparır və dövlət qurumlarının mühafizəsi üzərində aktiv çalışır”.

T.Məmmədov deyir ki, müharibə vaxtı kiberhücumların böyük qismi Müdafiə Nazirliyinin və ölkə başçısının rəsmi səhifəsinə olub:

“Bununla yanaşı, digər qurumlara, kritik infrastrukturlara qarşı da kiberhücumlar olur. Vətəndaşlara kütləvi mesajların, dezinformasiyanın ötürülməsinin şahidi oluruq. Tematik olaraq kiberhücumlar müxtəlif cür ola bilər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir