Siyasət

Amerikalı politoloq: “ABŞ-ni neytral vasitəçi hesab etmək yanlışdır”

Sharing is caring!


“ABŞ-ni neytral vasitəçi hesab etmək yanlışdır”.

Bunu “Report”a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endryu Korıbko deyib.

Onun sözlərinə görə, ABŞ-ni içərisində olduqları münaqişəyə vasitəçi kimi cəlb etmək istəyən ölkələr iki dəfə düşünməlidirlər:

“Çünki bu gün ABŞ-ni neytral vasitəçi hesab etmək yanlışdır. Hər halda keçmişdə baş verən hadisələr onun daha çox tərəfkeşliyə meyilli olduğunu sübut edir”.

E.Korıbko bildirib ki, ABŞ öz maraqlarını hər şeydən, hətta reputasiyasından da üstün tutur:

“Çünki ABŞ siyasətçiləri əmindirlər ki, onlar dünyanın qalan hissəsini özlərinə inandırmaq üçün qlobal media üzərində ölkələrinin təsir imkanlarından istifadə edə bilərlər. Yəni bu vasitə ilə onlar ikili standartlarını rahatlıqla “Qaydalara əsaslanan nizam” kimi göstərə bilərlər. Bu kontekstdə onların başqalarını öz tərəflərinə çəkib-çəkməmələri əhəmiyyət kəsb etmir. Çünki amerikalı siyasətçilər vasitəçilik etdikdə öz maraqlarından çıxış edirlər, yəni yuxarıda qeyd etdiyim kimi, fəaliyyət göstərirlər”.

Ekspert vurğulayıb ki, məhz ABŞ-nin qlobal media üzərindəki təsirinə görə bir çox ölkələr münaqişə ilə üzləşən zaman onun vasitəçiliyinə sahib olmağa tələsirlər:

“ABŞ diplomatları rəqibləri üzərində onları dəstəkləməyə inandırmaq üçün əllərindən gələni edirlər. Çünki hesab edirlər ki, ABŞ-nin dəstəyi ilə dünyanın qalan hissəsinin etibarını qazana biləcəklər. Ancaq bu, riskli qumardır, çünki qarşı tərəfin ABŞ-ni öz tərəfinə çəkmək şansı həmişə var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir