Siyasət

İran Bakı və İrəvanın sülh müqaviləsi bağlaya biləcəyinə ümid edir

Sharing is caring!


“Tehran Azərbaycanın öz ərazisi üzərində suverenliyini bərpa etdikdən sonra Bakı və İrəvanın sülh müqaviləsi bağlaya biləcəyinə ümid edir”.

“Tehran ümid edir ki, Azərbaycan öz ərazisi üzərində suverenliyini bərpa etdikdən sonra Bakı və İrəvan sülh müqaviləsi bağlaya biləcək. Həmçinin Cənubi Qafqazda xarici qüvvələrin olmasına qarşıdır”.

Bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian “3+3” məsləhətçi regional platformasının nazirlər toplantısında çıxışı zamanı deyib.

“Bu gün ölkələrimiz tarixi fürsətdən istifadə etməlidirlər, çünki Cənubi Qafqazda müharibə bitib və sülh, əməkdaşlıq, tərəqqi zamanı gəlib çatıb. Bölgədəki xarici qüvvələr nəinki problemi həll etməyəcək, əksinə, vəziyyəti xeyli çətinləşdirəcək”, – deyə nazir bəyan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir