Siyasət

“Azərbaycanın regionda siyasi gücə çevrilməsi, Türkiyə ilə yaxınlığı BMT-ni qorxudur” – ŞƏRH + FOTO

Sharing is caring!


“Əslində, Qarabağ məsələsi ilə bağlı Avropa siyasətçiləri, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq strukturlar vəziyyətin nədən ibarət olduğunu, kimin işğalçı, kimin işğala məruz qalan tərəf olduğunu yaxşı bilirlər. 30 ilə yaxın müddətdə tərəflərin hansının haqlı olduğu üzə çıxmaya bilməzdi. Sadəcə olaraq, Azərbaycanın güclənməsi, regionda siyasi gücə çevrilməsi, Türkiyə ilə yaxınlığı BMT və digərlərini qorxudur”.

Bu fikirləri Oxu.Az-a BMT Təhlükəsizlik Şurasının gözləntiləri doğrultmayan, funksionallığı yox dərəcəsində olan təşkilata çevrilməsindən və Ermənistana dəstək göstərməsinin səbəblərindən danışarkən politoloq Fikrət Sadıxov deyib.

Onun fikrincə, Qərb dövlətləri, Avropa siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri başa düşürlər ki, Azərbaycan regionda böyük bir güc kimi formalaşıb:

“Onlar hesab edirlər ki, yaranmış durum Avropa dəyərlərinə, Avropa maraqlarına zidd olan amildir. Amma reallıq odur ki, onlar belə siyasətlə, riyakar və ədalətsiz yanaşma ilə Ermənistanı guya özlərinə yaxın etməklə Azərbaycana qarşı çıxış etdikdə nəyəsə nail olurlar. Halbuki, sadəcə olaraq, Ermənistanın ziyanına addım atırlar. Çünki Cənubi Qafqazda sülhün yaranması problemə çevrilir. Ona görə düşünürəm ki, bizim informasiya müharibəsində addımlarımız daha kəsərli olmalıdır. Biz bütün beynəlxalq meydanlarda öz addımlarımızı, diplomatik fəaliyyətimizi gücləndirməliyik. Əsas prioritetimiz Ermənistanın sülhə gəlməsi, sazişin imzalanmasıdır. Ancaq bu zaman regionda stabilliyin formalaşması mümkün ola bilər”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir