Dünya

Banqladeşdə sel və daşqınlar nəticəsində bir milyondan çox insan evsiz qalıb

Sharing is caring!


Avqustun əvvəlindən Banqladeşdə baş verən sel və daşqınlar nəticəsində bir milyondan çox insan evsiz qalıb, ən azı 55 nəfər həyatını itirib.

Məlumata görə, pis hava şəraitinin ən çox təsir etdiyi bölgələrdə – Koks Bazarda 21, Çittaqonqda 19, Bandarbanda 10 və Rangamatidə beş nəfər həlak olub.

Banqladeş Meteorologiya Departamentinin rəhbəri Əzizur Rəhman təkcə avqustun 7-də 312 millimetr yağışın qeydə alındığını bildirib.

Koks Bazar şəhərində yağan yağışlardan təxminən 600 min insan zərər çəkib, ölkənin ikinci böyük şəhəri və limanı olan Çittaqonqda yüzlərlə kənd su altında qalıb, azı beş min evə ziyan dəyib. Çittaqonq bölgəsində beş nəfərin itkin düşdüyü açıqlanıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir