Siyasət

Martinika təmsilçisi: “Fransa azadlıq uğrunda mübarizə aparan gəncləri amansızca cəzalandırıb”

Sharing is caring!


“Fransa ölkəsinin və xalqının azadlığı uğrunda mübarizə aparmağa çalışan Martinika gənclərini amansızcasına cəzalandırıb”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatını təmsil edən Klodet Duhamel deyib.

K.Duhamel bildirib ki, Martinika hər zaman ədalət prinsiplərini müdafiə edib:

“Fransanın mərkəzində Hitlerin abidəsini təsəvvür edə bilərsinizmi? Əlbəttə ki, bu, qəbuledilməzdir. Amma Martinikanın gəncləri işğalçıların abidələrindən qurtulmaq istəyəndə fransız müstəmləkəçilər onları amansızcasına cəzalandırıb və həbs ediblər”.

Onun sözlərinə görə, son 400 ildə Fransa Martinika əhalisini nəinki azadlıqdan məhrum edib, həm də qəsdən əhalinin sağlamlığına çox böyük ziyan vurub:

“Biz xəstələnmə göstəriciləri yüksək olan ölkəyə çevrilmişik. Dəfələrlə Fransadan mütəxəssislərin göndərilməsini və tədqiqatların aparılmasını xahiş etsək də, cavab qənaətbəxş olmayıb. Buna görə də bu gün biz təkcə azadlıq üçün deyil, həm də gələcək nəsillərin sağlamlığı üçün mübarizə aparırıq”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir