Siyasət

Hektor Pindard: “Bizim ölkədə təhsil və tədris müstəmləkəçilik prinsiplərinə söykənir”

Sharing is caring!


“Bizim ölkədə təhsil və tədris müstəmləkəçilik prinsiplərinə söykənir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Fransız Qvianasının Sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının Siyasi bürosunun üzvü Hektor Pindard deyib.

Pindard bildirib ki, 26 min gənc təhsil almaqla bağlı çətinlik çəkir.

“Bizim ölkədə işsizlik də tüğyan edir. Halbuki, iş yerlərinin açılmasına və təhsilə ayrıca diqqət ayırmaq olar. Bizim ölkədə yol problemləri də var. İnsanlar bir yerdən başqa yerə getməkdə çətinlik çəkirlər”, -deyə o əlavə edib.

O söyləyib ki, Fransa müstəmləkəçiliyi təmsil etdiyi ölkənin gənclərinə çox pis təsir edir.

“Ölkədə demoqrafik problemlər də var”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir