Siyasət

Kristin Yahama: “Fransa pul xatirinə Keniyada əhalinin sağlamlığına etinasız yanaşır”

Sharing is caring!


“Fransa mümkün qədər çox pul qazanmaq üçün Keniyada əhalinin sağlamlığına etinasız yanaşır”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Keniyada ictimai səhiyyəyə dəstək verən QHT-nin sədri Kristin Yahama deyib.

“Müstəmləkəçilik xalqın təfəkküründə nəsillər boyu dərin iz buraxıb. Məsələn, Keniyada infrastrukturun yaxşılaşdırılmasına kifayət qədər diqqət yetirilmir, baxmayaraq ki, bu, iqtisadi inkişafın açarıdır. Bundan əlavə, əhalinin sağlamlığını qorumaq ehtiyacını unuduruq”, – o bildirib.

K.Yahama qeyd edib ki, Keniya təbii sərvətlərlə zəngindir:

“Lakin onların çıxarılmasında civədən istifadə olunur. Bu isə sağlamlığa ciddi ziyan vurur”.

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, ölkənin su ehtiyatlarının əhəmiyyətli hissəsi Keniyada hasil edilən qızılın təmizlənməsi üçün istifadə olunur:

“Təəssüf ki, təmiz su Keniyada çox bahadır. Biz onsuz da su qıtlığından əziyyət çəkirik. Qızıl emalı zavodları isə vəziyyəti daha da pisləşdirir”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir