Siyasət

Le Kai: “Fransa gənclərimizi oğurlayır”

Sharing is caring!


“Fransa bizim gənclərimizi oğurlayır. Həmin gənclər xaricdə Fransanın müstəmləkəçi ordusunu təşkil etməyə məcbur edilirlər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Polineziya müstəqilliyi uğrunda mübarizə aparan “Tavini huiraatira” partiyasının nümayəndəsi Heynui Le Kai (Heinui Le Caill) deyib.

O bildirib ki, Polineziya xalqı sayəsində müstəmləkəçi Fransa iqtisadi və siyasi suverenlik əldə edib:

“Fransa bizə borcludur, amma borcunu ödəmir. Bizim ölkəmiz 1940-cı illərdə qeyri-avtonom ölkələr siyahısına salınmışdı. Amma Fransa 1947-ci ildə o siyahıdan bizi çıxardı. Sonra yenidən siyahıya salındıq,  amma indi Fransa dövləti yenidən siyahıdan bizi çıxarmağa çalışır ki, müstəqil olmayaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir