Siyasət

Fuad Hüseynəliyev: “Aİ-nin qəbul etdiyi anti-Azərbaycan qərarların arxasında Fransa dayanıb” – VİDEO

Sharing is caring!


“Avropa İttifaqının qəbul etdiyi anti-Azərbaycan qərarların arxasında Fransa dayanıb”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.

“Nəzərə almaq lazımdır ki, Aİ-də bir neçə aparıcı qüvvə mövcuddur və onlar arasında anti-Azərbaycan ritorikasına sadiq olan Fransa xüsusi yer tutur”, – o qeyd edib.

F.Hüseynəliyev əlavə edib ki, bu, xüsusilə son illərdə aydın şəkildə müşahidə olunur.

Onun sözlərinə görə, bütün bunların arxasında Fransanın Cənubi Qafqazda, konkret olaraq Ermənistanda möhkəmlənmək istəyi dayanır:

“Fransa Ermənistana tam yerləşmək və orada kök salmaq üçün əlindən gələni edir”.

Agentliyin direktoru qeyd edib ki, Qarabağ münaqişəsi illər ərzində Aİ-nin Azərbaycana təzyiq vasitəsi olub:

“İndi isə Avropa strukturları bu vasitəni itiriblər, çünki Azərbaycan öz suverenliyini bərpa edib”.

Efirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov Avropa Parlamentinin birmənalı olaraq anti-Azərbaycan mövqeyindən çıxış etdiyini vurğulayıb:

“Lakin bunun nə üçün edildiyi haqqında danışmırlar. Avropa Parlamenti son prosesləri təhlil etməlidir, lakin onlar bunu etmirlər, sadəcə olaraq, buna ehtiyacları yoxdur. Onlara hazır narrativlər verilir və sonradan da bundan istifadə edirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir