Siyasət

MAP nümayəndəsi: “Fransa insan hüquqlarına hörmət etməyi öyrənməlidir”

Sharing is caring!


“İnsan hüquqlarına hörmətdən danışan Fransa əvvəl bunu özü öyrənməlidir”.

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının (MAP) nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Fransa təbliğatı çox aktivdir, hər şeyi tamam başqa prizmadan təqdim edir: “Onlar həmişə azadlıqdan, insanların hüquqlarından danışırlar. Amma Fransanın necə hərəkət etdiyinə baxmaq lazımdır”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir