Siyasət

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi: “Aİ müstəmləkə ölkələrinin konqlomeratıdır”

Sharing is caring!


“Avropa İttifaqı (Aİ) müstəmləkə ölkələrinin konqlomeratıdır və buna görə də problemimizi həll etmək üçün Aİ-dən dəstək axtarmaq mənasızdır”.

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçmişdə müstəmləkəçilik siyasəti aparmış bütün Avropa ölkələri, o cümlədən Böyük Britaniya, Portuqaliya və s. yalnız öz problemlərini həll etmək üçün toplaşır, hüquqları pozulan ölkələrin problemləri onları maraqlandırmır.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir