Siyasət

“Paşinyana xüsusi münasibətin göstərilməsi Avropanın ikiüzlü siyasətini bir daha ortaya qoydu” – RƏY + FOTO

Sharing is caring!


“Paşinyana xüsusi münasibətin göstərilməsi Avropanın ikiüzlü siyasətini bir daha ortaya qoydu”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O xatırladıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı zəfər, həmçinin lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bərpası xarici ermənipərəst mərkəzləri məyus edib:

“Onlar bu məyusluqlarını bizə qarşı hücumları artırmaqla büruzə verirlər”.

Deputat bildirib ki, Paşinyanın Avropa Parlamentində qəbulu, ümumilikdə, Ermənistana dəstək, baş nazirinə xüsusi münasibətin göstərilməsi Avropanın ikiüzlü siyasətini bir daha ortaya qoydu:

“Biz növbəti dəfə Avropanın ikiüzlülüyünü, proseslərə ikili standartlardan yanaşmasını müşahidə etdik. Amma bu cəhdlər əbəsdir. Azərbaycanı haqq yolundan kimsə döndərə bilməz”.

V.İskəndərov vurğulayıb ki, Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyəti fonunda bu qurum daxilində üzə çıxan mənfilikləri də qeyd etmək yerinə düşər:

“Azərbaycana əsassız yerə hücumlar edən Avropa Parlamentində korrupsiya faktlarının olması artıq kimsəyə sirr deyil. Üstəlik, bu qurumda islamofobiya, demək olar ki, ən yüksək həddə çatıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir