İqtisadiyyat

Qazaxıstan Azərbaycanla neft nəqli marşrutları üzrə danışıqları davam etdirir

Sharing is caring!

Qazaxıstan Azərbaycanla neftin nəqli və marşrutların diversifikasiyası məsələləri üzrə danışıqları davam etdirir.

“Hazırda Energetika Nazirliyi Milli “KazMunayQaz” Şirkəti Səhmdar Cəmiyyəti ilə birgə ixrac istiqamətlərində neftin nəqli üçün əlavə marşrutlar hazırlayır. Xüsusilə, Azərbaycan istiqamətində neftin nəqli marşrutları (Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa, Aktau-Bakı-Batumi) nəzərdən keçirilir”, – deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

“Hazırda Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan tərəfi üçün neftin nəqlində ən sərfəli marşrutdur. Əlavə marşrutların inkişafının nəzərdən keçirilməsi onların potensialından, iqtisadi məqsədəuyğunluğundan və digər əlaqəli, o cümlədən texniki amillərdən asılıdır. Bundan başqa Qazaxıstanda neft hasilatının artımı da nəzərə alınmalıdır”, – deyə nazirlik bəyan edib.

Xatırladaq ki, oktyabrın sonunda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ölkənin Qazaxıstandan Bakı-Supsa neft kəməri ilə təminatlı neftin nəqlini gözlədiyini bildirmişdi.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir