Siyasət

Erməni İT mütəxəssisi: “Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edirəm” – VİDEO

Sharing is caring!


“Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbrik edirəm”.

Bunu etnik erməni İT mütəxəssisi Georgi Qriqoryan Azərbaycanın CBC telekanalının “Noçnoy Razmovar” verilişinin efirində bəyan edib.

O, nənə və babasının Bakı ermənisi olduğunu vurğulayıb, həmçinin azərbaycanlılarla qohumluq və dostluq münasibətlərindən danışıb.

Qarabağ məsələsinə gəlincə isə, Georgi Qarabağı hüquqi olaraq Azərbaycanın suveren hissəsi hesab etdiyini bildirib.

“Bura Azərbaycanın tərkibində olmalıdır. Əlaqələr də bu yöndə davam etməli və inkişaf etməlidir. Orada baş verənlər də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və separatçılarla mübarizə idi”.

O, məsuliyyətli bir insan kimi bunu düzgün addım hesab etdiyini vurğulayıb.

“Beynəlxalq hüquq baxımından bütün sivil ölkələrdə qəbul edildiyi kimi siz tamamilə doğru hərəkət etmisiniz. Çünki siz ərazi bütövlüyünüzü bərpa etməli idiniz”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir