Siyasət

Bu il BQXK itkin düşmüş 996 şəxsin ailəsi ilə əlaqə saxlayıb

Sharing is caring!


Bu ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə ilə bağlı 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verilib.

Qeyd olunub ki, həmin müddətdə 24 başçəkmə (11 saxlanma məntəqəsində) məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün həyata keçirilib. Eyni zamanda 13 Qızıl Xaç Məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

Bundan başqa, 1500 xəbərdarlıq nişanı minalanmış əraziləri işarələmək üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) ianə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir