Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Agentlik tərəfindən radiasiya təhlükəsizliyinin təmin olunması məqsədilə radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlarda mütəmadi olaraq nəzarət-yoxlama tədbirləri həyata keçirilir. […]
Ev heyvanınızı hər il vurulmalı olan quduzluğa qarşı peyvəndlə bu virusdan qoruya bilərsiniz. Xəstəliyi xarici əlamətlərinə görə ayırd etmək olar – bu zaman heyvanı dərhal həkimə göstərmək və karantinə qoymaq lazımdır. Bu barədə rusiyalı baytar həkim, Rusiya Kinoloji Təşkilatlar İttifaqının prezidenti Vladimir Urajevski danışıb. “Quduzluğun təhlükəsi ondadır ki, hətta kiçik sevimli ev heyvanlarımız vəhşi heyvanlarla təmasda […]
Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanaya yerləşdirilərkən onun müavini Ketlin Hiks Puerto-Riko çimərliyində məzuniyyətdə olub və ABŞ Prezidenti Co Baydenin belə xəbəri olmadan dörd gün ərzində müdafiə departamentinə rəhbərlik edib. Bu barədə “The Wall Street Journal” nəşrində dərc olunan məqalədə bildirilib. “O, Ostinin əvəzinə bəzi qərarlar qəbul etməyə başlayıb”, – deyə nəşr qeyd edib. Həmçinin vurğulanıb ki, […]