Siyasət

Peskov: “İlham Əliyev və Vladimir Putin Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər”

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin görüşün açıq hissəsində Ruben Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir