Siyasət

Nazxanım Məmmədrzayeva: “Ali Baş Komandanımız bizi yurd həsrətindən xilas etdi”

Sharing is caring!


“Kədər göz yaşlarım sevinc göz yaşlarıma qarışıb”.

Bu sözləri Oxu.Az-a bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Nazxanım Məmmədrzayeva deyib.

O bildirib ki, ən böyük arzusu ailəsi ilə doğma yurduna qayıtmaq olsa da, həyat yoldaşının ömrü buna vəfa etməyib:

“Həyat yoldaşım, heyif ki, bu günləri görmədi. Çox istəyirdik ki, ailəmizlə birgə Füzuli şəhərinə gedək, ömrümüzün qalan günlərini yurdumuzda keçirək. Bu gün övladlarımla, nəvələrimlə qayıdıram öz evimə. Allah bu günləri bizə yaşadanlara ömür versin, şəhidlərimizə rəhmət eləsin. Hər birimiz liderimizə, Ali Baş Komandanımıza borcluyuq. Bizi yurd, yuva həsrətindən xilas etdi”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir