Siyasət

Məhəmməd Zaman: “Ermənistanın mina xəritələrini Azərbaycana verməsi tələb olunmalıdır”

Sharing is caring!


“Beynəlxalq ictimaiyyət Ermənistana müraciət edərək günahsız insanların həyatını xilas etmək üçün mina xəritələrini Azərbaycana verməsini tələb etməlidir”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Kəşmir Qrupunun (Pakistan) icraçı direktoru Məhəmməd Zaman deyib.

“Hər il müxtəlif ölkələrdə mina terroru nəticəsində 5 mindən çox insan ölür, 15-20 min nəfər isə ağır yaralanır. Azərbaycanın Qarabağ bölgəsi 30 il ərzində Ermənistanın işğalı dövründə kütləvi şəkildə minalanıb. Münaqişə başa çatdığına və azərbaycanlı mülki əhali bu ərazilərə qayıtmağa başladığına görə Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırırıq. Bu, insanların həyatını xilas edəcək və bizi minasız dünya yaratmağa daha da yaxınlaşdıracaq”, – o vurğulayıb.

Qeyd edək ki, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.

Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir