Siyasət

Azərbaycan nümayəndə heyəti NATO PA illik sessiyasında iştirak edir

Sharing is caring!


Danimarkanın paytaxtı Kopenhagen şəhərində NATO Parlament Assambleyasının (PA) 69-cu illik sessiyasında alyansa üzv olan 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, Alyansın Vilnüs zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun çəkindirmə və müdafiə siyasəti, mühüm dəniz infrastrukturlarının mühafizəsi, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, NATO-nun tərəfdaşlığı və açıq qapı siyasətinin gələcəyi və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi və Milli Məclisin NATO PA-dakı nümayəndə heyəti iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir