Siyasət

Deputat: “Avropa Parlamenti sırf qaragüruhların tribunasıdır”

Sharing is caring!


“Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə anti-Azərbaycan məqsədi daşıyaraq ədalətə zidd sənəddir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında Avropa Parlamentinin ötən gün qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır:

“Bu sənəd həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirən qətnamə kimi qiymətləndirilə bilər. Belə başa düşülür ki, Avropa Parlamentində nə kompüter, nə internet, nə də hansısa məlumatı əldə etməyə vasitə var”.

“Separatçı rejim Qarabağ bölgəsində olan sakinləri təkidlə oradan çıxarmaq çağırışları edir. Orada olan əhaliyə bizim hərbçilərin, hüquq-mühafizə orqanlarının diqqətini hər kəs görür. Halbuki bu diqqəti nə Xocalı hadisələrində, nə də sonrakı hadisələrdə gördük. Avropa Parlamenti nədənsə Ermənistanın Azərbaycan torpaqlarına olan iddiasına, Xocalı faciəsinə, ərazilərimizin işğalına, bir milyona yaxın vətəndaşlarımızın ata-baba yurdlarından məcburi çıxarılmasına göz yumdu. Bu gün isə Ermənistanın işğalçılıq siyasətinə müdaxilə etmir. Bu qurum sırf qaragüruhların tribunası kimi görünür. Belə siyasətlə Azərbaycanı müstəqillik yolundan əl çəkdirə bilməzlər. Onlar qətnamə qəbul etməyə davam etsinlər, biz də torpaqlarımızı bərpa edəcəyik”, – deyə deputat söyləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir