Siyasət

Hikmət Hacıyev “Al Jazeera”ya müsahibəsində Azərbaycanın regional sülh gündəmindən danışdı – VİDEO

Sharing is caring!


“Azərbaycana da, regiona da sülh lazımdır. Bu səbəbdən, Azərbaycanın erməniəsilli sakinlərə mesajı ilk növbədə, sülh və sülh yolu ilə reinteqrasiyadan ibarətdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində deyib.

“İkincisi, hesab edirəm ki, Ermənistana da sülh lazımdır. Ermənistan, nəhayət, bütün bu ərazi iddialarına son qoymalıdır. Müəyyən şəraitdə bizim sülh şansımız daha çox olacaq”, – deyə o vurğulayıb.

H.Hacıyev beynəlxalq tərəfdaşlıq məsələsinə də toxunub və Rusiyanın regionda mövcudiyyətini heç kimin inkar edə bilməyəcəyini deyib.

“Rusiyanın Ermənistan və Azərbaycanla tarixi əlaqələri var. Beləliklə, bu da istifadə etmək üçün çox vacib bir platformadır. ABŞ Moskva platforması ilə birlikdə Vaşinqtonda sülh müqaviləsinin müzakirəsi üçün platforma təqdim etdi. Hesab edirəm ki, biz mühüm irəliləyiş əldə etmişik. İndi isə beynəlxalq tərəfdaşlarımız geriyə baxmaq əvəzinə, gələcəyə baxmalıdırlar. Perspektivlər nələrdir? Eyni şey bizim avropalı tərəfdaşlarımıza, Avropa İttifaqına da aiddir. Bəzən görürəm ki, bəzi avropalı tərəfdaşlarımız gərəksiz və əsassız təbliğatın təsirinə düşürlər. Onlar belə olmamalıdırlar. Bu istiqamətdə hərəkət etməməli, sülh gündəminə töhfə verməlidirlər.

Başqa bir element: regionda çoxlu beynəlxalq aktorlar var və riyaziyyatdan öyrənmişik ki, çoxlu dəyişənlər varsa, o zaman tənlik də mürəkkəbləşir. Bəzən sadə bir formulaya sahib olmaq daha yaxşıdır. Azərbaycanın yanaşması isə çox sadədir: sülh gündəmi”, – deyə Hikmət Hacıyev bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir