Siyasət

“İlham Əliyev dilə gətirdiyi bütün vədləri reallaşdıran nadir dövlət başçılarındandır” – ŞƏRH + FOTO

Sharing is caring!


“Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının son 200 il ərzində qarşılaşdığı və təkcə azərbaycanlılara deyil, bütün bölgəyə təhlükə yaradan, miqyasından dəfələrlə böyük bir problemi həll edib, erməni separatizminin qaynaqlandığı iddiaları, mif və əfsanələri sıradan çıxarıb”.

Bu fikirləri Oxu.Az-a Gəncə terrorunun təşkilatçısı olan Arayik Arutyunyanın saxlanılması ilə bağlı danışarkən Milli Məclisin deputatı Azər Kərimli deyib. O qeyd edib ki, saxta, əsassız, qondarma iddialar əsasında kilsə və millətçi təşkilatlar tərəfindən ermənilərə təlqin edilən, bölgəyə heç bir aidiyyəti olmayan “böyük Ermənistan” nağılı təkcə Azərbaycanın deyil, qonşu ölkələrin, o cümlədən qardaş Türkiyənin, Gürcüstanın ərazilərini də hədəfə almışdı:

“Bu baxımdan, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə, hərbi xuntanın, qondarma təsisatın ağır müharibə cinayətləri törətmiş “lider”lərini məsuliyyətə cəlb etməklə, ilk növbədə silahlı, aqressiv separatizmə, terrorizmə, xalqların dinc birgəyaşayışını, sülhü hədəfə alan fəaliyyətə son verib və bu qəbildən olan ağır cinayət əməllərinin qonşu ölkələrə də keçməsinə imkan verməyib.

Prezident, Ali Baş Komandan İlham Əliyev bəşər tarixində xalqı qarşısında dilə gətirdiyi bütün vədləri yerinə yetirən, xalqını, ölkəsini elan etdiyi bütün hədəflərə çatdıran nadir dövlət başçılarındandır.

Həbs olunan müharibə cinayətkarlarına, qatil və terrorçulara gəldikdə isə, onların cəzasını Azərbaycan məhkəməsi verəcək. Ədalət, ilk növbədə Azərbaycan xalqının, daha sonra isə dünyanın gözü qarşısında təcəlla edəcək. Terrorçuların, uşaq qatillərinin və onları himayə edənlərin törətdikləri insanlıq əleyhinə cinayətlərin dəhşətli mənzərəsi dünyanın gözü önündə canlanacaq və uzun illər boyu bu cinayətlərə göz yumanların, təcavüzkarın, terrorçuların yanında olanların da iç üzü açılacaq”.

Xatırladaq ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsində Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından üç il keçir.

Onu da qeyd edək ki, Gəncə terrorunun təşkilatçısı olduğunu etiraf edən Qarabağdakı separatçıların sabiq lideri Arayik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində beynəlxalq axtarışa verilmişdi. Cari il oktyabrın 3-də A.Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir