Siyasət

Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktor vəzifəsinə yeni təyinat olub

Sharing is caring!


2018-ci ildən etibarən Azərbaycan Gənclər Fondunun nəzdində fəaliyyətə başlayan, daha sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli Sərəncamına əsasən, respublikanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzində (GİKM) yeni təyinat olub.

GİKM-in baş direktor vəzifəsinə Çingiz Əsgərli təyin edilib.

Çingiz Əsgərli 7 fevral 1990-cı il tarixində anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsi, Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsi üzrə təhsil alıb.

Bu təyinatadək o, 2012-13-cü illərdə Yasamal Rayon Məhkəməsində məsləhətçi, 2013-18-ci illərdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsində məsləhətçi, 2018-ci ildən isə Azərbaycan Respublikasının Gənclər Fondunda müxtəlif vəzifələri icra edib.

Hazırda Çingiz Əsgərli fondun Daxili Nəzarət və Monitorinq Şöbəsinin müdiri, eyni zamanda, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru vəzifəsi üzrə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu il aprelin 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclasında Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəliklərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, qurumun strukturu optimallaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir