Siyasət

İstanbulda TDT çərçivəsində siyasi məsləhətləşmələr keçiriləcək

Sharing is caring!


Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, məsləhətləşmələr zamanı Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Sammitinə hazırlıq, TDT-nin gündəliyindəki əməkdaşlıq məsələləri, TDT-nin gücləndirilməsi ilə bağlı məsələlər, Türk Dünyası ilə bağlı aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir