Araşdırma

Quba Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru ilə bağlı araşdırmalara başlandı

Sharing is caring!

Quba Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru Sərvərov Əliyar Ənvər oğlunun qanunsuz hərəkətləri barədə 2021-ci ilin sentyabr ayında Quba Rayon Prokurorluğuna daxil olan ərizələrə əsasən araşdırmalara başlanılıb. Əsaslı faktlar olduğuna görə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması təşkil olunub. 4 aya qədər davam edən yoxlama nəticəsində rəsmi olaraq 1,6 milyon manatdan yuxarı mənimsəmə faktı ortaya çıxıb.

Mənimsəmə külli miqdarda olduğuna görə iş, 18 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Lakin cinayət işinin açılması və ya işin gedişatı barədə mətbuatda və ya Baş Prokurorluğun rəsmi internet səhifəsində heç bir məlumata rast gəlinmir.

Məlumat almaq üçün rəsmi və şifahi müraciət olunsa da, cavab almaq mümkün deyil. Əliyar Sərvərovu Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun digər yuxarı dövlət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən müdafiə olunması bu işin aşkara çıxmasına mane olur.

İşin ümumi gedişatından bəlli olur ki,1,6 milyonluq yeyintini Əliyar Səfərov, Quba Rayon İcra Hakimiyyəti ilə əlbir olaraq birlikdə mənimsədikləri görünür.

Qanunla.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir