Siyasət

Arzu Nağıyev: “Qənirə Paşayeva fədakarlıq nümunəsi idi”

Sharing is caring!


“Qənirə xanım fədakarlıq nümunəsi idi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Azay Quliyev deyib.

“Çox çalışqan idi, hər kəsə dəstək oldu, yaxın oldu, məlhəm oldu. Qənirə Paşayeva tək Azərbaycanda yox, bütün türk dünyasında sevilir. Millətimizin başı sağ olsun!”, – deputat bildirib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir