Siyasət

Mikayıl Cabbarov Anım Günü ilə bağlı paylaşım edib – VİDEO

Sharing is caring!


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Nazir paylaşımı özünün “X” sosial şəbəkə hesabında dərc edib.

“Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi uğrunda mübarizəsi vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir. Vətən müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik”, – paylaşımda qeyd edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir