Kolumbiyada bir vaxtlar dünyanın ən böyük narkotaciri hesab olunan Pablo Eskobar tərəfindən ölkəyə gətirilən, sonra isə hədsiz sürətlə çoxalmağa başlayan “kokain” begemotlarının sterilizasiyasına başlanılıb. Hökumət bu yolla heyvanların sayını azaltmaq istəyir. Ancaq hökumət nümayəndələrinin sözlərinə görə, sterilizasiya uzun vaxt tələb edir, çünki heyvanların yerini tapmaq və onları tutmaq çətindir. Hazırda iki erkək begemot və bir dişinin […]
Qəbul imtahanlarındakı yüksək göstəricilərə görə hər il respublika və bölgələrimizdə bir neçə məktəb xüsusilə seçilir. Bununla yanaşı, zəif nəticələrə sahib, qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də az deyil. Bu il isə buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən siniflər Xəzər, Qaradağ, Sabunçu və Pirallahı rayonlarında olub. Uğurlu nəticə göstərənlərin də olmasına baxmayaraq, statistikaya […]
Bu il avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706,5 min nəfər olub, onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, muzdla işləyənlərin 19%-i təhsil, 18,7%-i ticarət, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4%-i tikinti, 4,3%-i nəqliyyat və […]