Siyasət

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib

Sharing is caring!


“Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh və tərəqqi diləyirəm“”.

Prezident.az xəbər verir ki, bu, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

“Bu il avqustun 20-də Zati-alinizlə Budapeşt şəhərində görüşərək gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparmaq imkanına görə Sizə minnətdarlığımı bildirirəm. Mən Qarabağ bölgəsində baş verən hadisələri diqqətlə izləyirəm. Qeyd edim ki, onilliklər boyu davam edən mübahisələrin həlli bir çox dünya dövlətlərinin tarixində olduğu kimi, güclü və ağıllı liderin cəsarətini və müdrikliyini tələb edir. Yaranmış yeni vəziyyətin region və onun sakinlərinin tam inteqrasiyası üçün imkanlar açacağına ümid edir, Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh və tərəqqi diləyirəm. Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram”, – məktubda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir