Siyasət

Bolqarıstanın sabiq lideri Prezident İlham Əliyevi təbrik edib

Sharing is caring!


2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Sizi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam təmin olunması istiqamətindəki davamlı fəaliyyətiniz və əldə etdiyiniz tarixi nailiyyətlər münasibətilə təbrik etməkdən böyük şərəf hissi duyuram.

Mən Sizin Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi, onların hüquqlarına zəmanət verilməsi ilə bağlı mövqeyinizi, həmçinin müxtəlif mədəniyyətlərə və dini inanclara münasibətinizi tam şəkildə dəstəkləyir və yüksək qiymətləndirirəm. Azərbaycanın müxtəlif etnik və dini icmalar arasında anlaşmaya göstərdiyi diqqət və dəstəkdən qurur duyuram.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir