Siyasət

Söyüdlüdən başqa digər yaşayış massivlərindən də su və torpaq nümunələri götürülüb

Sharing is caring!


Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivində müstəqil monitorinqlər keçirilib, həmçinin Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürülüb.

“Report”un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə son iki ay ərzində aparılmış monitorinqlərin nəticələri və bu müddət ərzində görülmüş işlər barədə hesabat verərkən deyib.

Onun sözlərinə görə, əhalini narahat edən məsələlərin həlli istiqamətində verilən tapşırığın təxirəsalınmadan icrası ilə əlaqədar “Micon” International Co Limited Şirkəti Azərbaycana dəvət olunub və iyulun 25-dən avqustun 1-dək beynəlxalq şirkətin ekspertləri tərəfindən Gədəbəy mədən sahəsi və ətraf ərazilərdə – Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivində müstəqil monitorinqlər keçirilib, həmçinin Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürülüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsi ölçülüb: “Belə ki, Gədəbəy sahəsində 20 nöqtədə yeraltı, 18 nöqtədə yerüstü su nümunələri götürülüb, su keyfiyyəti üzrə monitorinq məlumatları 35 parametr üzrə (suda sianidin miqdarı, ümumi, sərbəst və zəif turşulu mühitdə dissosiasiya olunan miqdarları) təhlil edilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir